Buzlu yolda köməksiz qalan 5 nəfər xilas edildi

Buzlu yolda köməksiz qalan 5 nəfər xilas edildi Sosial

Şamaxıda buzlu yolda köməksiz qalan 5 nəfər xilas edilib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Şamaxı rayonunda (Şamaxı-Muğanlı yolunun 12-ci kilometrliyi) yolun qarlı-buzlu olması ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində “Baic” markalı minik avtomobilində qalan 2-si uşaq olmaqla 5 nəfərə müvafiq köməklik göstərilib.