Çoxuşaqlı qadınlar üçün müavinət qaydalarında YENİLİK
Sosial
5-dən çox uşağıolan qadınlara aylıq sosial müavinətin təyin edilməsi üzrə arayışın verilməsi ilə bağlı yeni qaydalar müəyyənləşir.
News24.az xəbər verir ki, 20 may 2026-cı ilə qədər Xidmətin Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra - EHİS) inteqrasiyasının təmin edilməsi nəzərdə tutulur.
İyunun 1-nə qədər xidmətin mövcüd iş axının təqdim edilməsi, iyunun 22-nə qədər isə xidmətin təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının təqdim edilməsi və razılaşdırılması planlaşdırılır.
Sentyabrın 9-na qədər isə xidmətin mygov platformasında istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.
Bununla bağlı işləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edəcək. (Trend)