Daha bir yenidoğulmuşun meyiti küçədə tapıldı

Daha bir yenidoğulmuşun meyiti küçədə tapıldı Sosial
Yanvarın 29-u Goranboyda yenidoğulmuş körpənin meyiti tapılıb.

News24.az xəbər verir ki, meyit saat 16 radələrində Goranboy şəhəri, Aşıq Hüseyn Cavad küçəsində, 35Kv-lıq Goranboy yarımstansiyasının yaxınlığında tapılıb.

Qız uşağının meyiti sellofana bükülmüş vəziyyətdə tapılıb. Onun öldükdən sonra sellofana bükülüb oraya atılması və ya sonradan ölməsi hələ məlum deyil.