Daşkəsənin yeni icra başçısı kimdir? - DOSYE

Daşkəsənin yeni icra başçısı kimdir? - DOSYE Sosial

Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

News24.az musavat.com-a istinadən bildirir ki, o, bu vəzifədə ötən il işdən çıxarılan Əhəd Abıyevin yerinə təyin edilib.

 Orxan İrşad oğlu Abbasov ABŞ-ın Qərbi Miçiqan Universitetini bitirib.

O.Abbasov Azərbaycan Respublikası Təhsil Nazirliyində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

O, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini olub.