Ali məktəblərə qəbulda göstərilən xidmətlərin ödəmə sxemi- - SİYAHI
Sosial
DİM-dən News24.az-a verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.
İmtahan (müsabiqə)
Kontingent | V ixtisas qrupu üzrə qəbul imtahanı | Bir komissiya üzrə qabiliyyət imtahanı (ixtisas qrupundan asılı olmayaraq) | I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanının ikinci mərhələsi | Rus bölməsi üçün Azərbaycan dili fənni üzrə ilk imtahan |
Cari ilin məzunları və cari ildə eksternat qaydasında tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyada iştirak edənlər | dövlət büdcəsinin vəsaiti hesabına | dövlət büdcəsinin vəsaiti hesabına | dövlət büdcəsinin vəsaiti hesabına | dövlət büdcəsinin vəsaiti hesabına |
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi heç vaxt müraciət etməyən (və ya müraciəti müəyyən edilməyən) əvvəlki illərin məzunları | dövlət büdcəsinin vəsaiti hesabına | dövlət büdcəsinin vəsaiti hesabına | a) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etmədiyi halda dövlət büdcəsinin vəsaiti hesabına | dövlət büdcəsinin vəsaiti hesabına |
b) V ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün müraciət etdiyi halda öz hesabına | ||||
Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün cari ilə kimi ən azı bir dəfə müraciət edən əvvəlki illərin məzunları | öz hesabına | öz hesabına | öz hesabına | öz hesabına |
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin göstərdiyi xidmətlərin haqqı aşağıdakı kimi müəyyən edilib:
Xidmətlərin adı | Ölçü vahidi | Tarif* (ƏDV-siz, manat) |
Ali təhsil müəssisələrinin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı test imtahanı | 1 iştirak üçün | 40 |
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən (o cümlədən “Jurnalistika” və Azərbaycan İlahiyyat İnstitutunun “İslamşünaslıq”) ixtisaslarına tələbə qəbulu ilə bağlı qabiliyyət imtahanı | 1 iştirak üçün | 30 |
Qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı | 1 iştirak üçün | 10 |
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının əlavə olaraq verdikləri Azərbaycan dili və ya rus dili fənnindən imtahan |
1 iştirak üçün |
10 |
Ümumi təhsil müəssisələrinin cari il məzunlarının qəbul imtahanında əlavə olaraq verdikləri xarici dil fənni imtahanı |
1 iştirak üçün |
10 |