Elnarə Baxış ETX-nin mətbuat katibi oldu
Sosial
Elnarə Baxış Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə (ETX) mətbuat katibi təyin olunub.
News24.az “PostMedia”-ya istinadən xəbər verir ki, o, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Müxtəlif dövrlərdə televiziya kanallarında müxbir və aparıcı kimi fəaliyyət göstərib.
Son beş ildə isə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin İctimaiyyətlə əlaqələr şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb.