Əvəz Zeynallının səhhəti pisləşdi, xəstəxanaya yerləşdirildi
Sosial
Üç gündür Əvəz Zeynallının səhhəti pisləşib və xəstəxanaya yerləşdirilib. Soyuq olub, virusa yoluxub. Türkiyədə həkimlər deyiblər ki, 14 gün xəstəxanada müalicə almalıdır.
News24 az xəbər verir ki, bunu Teleqraf-a xərçəng xəstəliyi ilə mübarizə aparan jurnalist Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı deyib.
"Analizlərin nəticəsi açıqlandıqdan sonra isə xərçəng xəstəliyinin müalicəsinə başlanacaq", - deyə M.Zeynallı açıqlayıb.
Qeyd edək ki, Əvəz Zeynallı bağırsaq xərçəngindən əziyyət çəkir. O, həbsdən azad olunduqdan sonra müalicə məqsədilə Türkiyəyə yollanıb.