Evlənənlərin sayı boşananları üstələdi: diqqətçəkən statistika

Evlənənlərin sayı boşananları üstələdi: diqqətçəkən statistika Sosial

Bu ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5 250 nikah və 3 376 boşanma halı qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə düşən nikahların sayı azalaraq 4.7-dən 3.2-yə, boşanmaların sayı isə 2,1-dən 2-ə düşüb.