Dənizdə batan musavatçının meyiti tapıldı - YENİLƏNİB

Dənizdə batan musavatçının meyiti tapıldı - YENİLƏNİB Sosial
İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, 14.07.2019-cu il tarixində Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb.

İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, İ.Rəsulzadə Müsavat Partiyasının üzvü Laləzar Məmmədlinin oğludur.

***
11:44
İyulun 14-də Bakı şəhəri, Sabunçu rayonunun Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin 14 nəfər şəxsi heyəti və 3 texnikası cəlb olunub.
Dənizdə batan musavatçının meyiti tapıldı - YENİLƏNİB