Dərhal yüksəkliyə qalxın - FHN-dən sel və daşqınlarla bağlı MÜRACİƏT

Dərhal yüksəkliyə qalxın - FHN-dən sel və daşqınlarla bağlı MÜRACİƏT Sosial

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə təkrar müraciət edib.

News24.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən xəbərdarlıq edildiyi kimi, hazırda qeyri-sabit və yağıntılı hava şəraiti, o cümlədən bir sıra ərazilərdə intensiv yağıntılar müşahidə olunur və belə hava şəraitinin yaxın günlər ərzində davan edəcəyi, ayrı-ayrı yerlərdə subasmanın, bəzi dağ çaylarında qısamüddətli sel və daşqının baş verəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi subasma, habelə sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmalı, belə təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmalı, xilasedicilərin çağırış və tövsiyələrinə sözsüz əməl edilməlidir”, – məlumatda qeyd edilib.