Həcc ziyarəti üçün müəyyən edilən kvota dolmaq üzrədir
Sosial
Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 93%-i artıq tamamlanıb.
News24.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.
O bildirib ki, hazırda 7% yer qalıb.
"Sənəd qəbulunun yekunlaşmasına sayılı günlər qalıb. Kvota dolmaq üzrədir, vətəndaşlar tələssinlər", - o vurğulayıb. (Teleqraf)