Həkimlər TƏBİB-in qərarına etiraz edirlər: Stomatoloqlar işdən çıxarılır?

Həkimlər TƏBİB-in qərarına etiraz edirlər: Stomatoloqlar işdən çıxarılır? Sosial

Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqlar TƏBİB-in qarşısında etiraz üçün toplaşıblar.

News24.az xəbər verir ki, təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan gələrək işdən çıxarılmalarına etiraz etdiklərini bildiriblər.

Stomatoloqlar iddia edirlər ki, onlar qeyri-qanuni şəkildə ixtisara düşüblər. Onların sözlərinə görə, 150-200 min əhalisi olan rayonlarda xəstəxanaların hər birində yalnız 3 stomatoloq ştatı saxlanılıb. Eyni zamanda, stomatoloqlar rayonlarda onların xidmətinə olan tələbin daha yüksək olduğunu vurğulayıblar.

Həkimlər TƏBİB-in qərarına etiraz edirlər: Stomatoloqlar işdən çıxarılır? Həkimlər TƏBİB-in qərarına etiraz edirlər: Stomatoloqlar işdən çıxarılır?