İnternet bahalaşacaq? - Mühüm açıqlama
Sosial
Sosial şəbəkə platformalarında növbəti ildən internet tariflərinin qiymətlərində artım olacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Qiymət dəyişikliklərinin ev təsərrüfatlarının aylıq xərclərinə və rəqəmsal xidmətlərdən istifadə imkanlarına necə təsir edəcəyi isə cəmiyyətdə müzakirə mövzusuna çevrilib.
News24.az xəbər verir ki, məsələ ilə əlaqədar “Aztelekom” MMC-dən hazırda internet tariflərində artımla bağlı hər hansı qərarın mövcud olmadığı bildirilib.
“Məlumat üçün bildirək ki, tariflərdə yenilik nəzərdə tutulduğu halda, abonentlər ən azı 30 gün əvvəl rəsmi kommunikasiya kanalları vasitəsilə məlumatlandırılır”,- deyə MMC-dən əlavə edilib. (trend.az)