Karantini pozan 47 963 nəfər məsuliyyətə - CƏLB EDİLDİ

Karantini pozan 47 963 nəfər məsuliyyətə - CƏLB EDİLDİ Sosial
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) aprelin 1-dən bu günə qədər respublika yollarında xüsusi karantin rejimi qaydalarını pozan hərəkət iştirakçılarının sayını açıqlayıb.

BDYPİ-dən News24.az-a verilən məlumata görə, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 47963 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.