“Keçid ballarının artacağı gözlənilir”
Sosial
“Bu il I ixtisas qrupu üzrə 300–400 bal intervalında yerləşən ixtisaslarda keçid ballarının yüksələcəyi ehtimal edilir”.
News24.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə məlumat deyib.
Onun sözlərinə görə, I ixtisas qrupunda 600 baldan yuxarı keçid balı olan ixtisaslarda 1–2 ballıq azalma gözlənilir:
“500–600 bal aralığında isə keçid ballarının təxminən 16 bal, 400–500 bal intervalında isə orta hesabla 5 bal enəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, 300–400 bal aralığında keçid ballarının artacağı gözlənilir. Səbəb isə həmin bal intervalında nəticə göstərən abituriyentlərin sayının çoxalması və bunun qəbul zamanı rəqabəti gücləndirməsidir”.
DİM sədri əlavə edib ki, II ixtisas qrupu üzrə isə ümumilikdə keçid ballarında cüzi azalma gözlənilir:
“Bu dəyişiklik əsasən 1–3 bal arasında olacaq. 300–400 bal intervalında isə keçid ballarının 12 bala qədər aşağı düşməsi istisna edilmir”.