Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün - başa çatır

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün - başa çatır Sosial
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Dövlət İmtahan Mərkəzindən News24.az-a verilən məlumata görə,ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodunu seçib https://eservices.dim.gov.az/erizetex/ixtisas2/ internet ünvanında yerləşən "Abituri­yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.