Məşhur "Bibi"dən ağır xəbər: vəfat etdi

Məşhur "Bibi"dən ağır xəbər: vəfat etdi Sosial

"Makler bibi" ləqəbi ilə tanınan Zeynəb Qaraşova vəfat edib.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.

Bildirilib ki, "makler bibi" bir neçə müddətdir imiş ki, ağır xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, əmlakçı Zeynəb xanım "TikTok"da rəqs edə-edə ev təqdim etməsi ilə məşhurlaşmışdı. O qısa zamanda sosial şəbəkədə fenomenə çevrilmişdi. (Yeni Sabah)