MOK-da yeni komissiya sədri Azər Əliyev oldu
Sosial
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) təhlükəsiz idman prinsiplərinin gücləndirilməsi və müstəqil nəzarətin təmin edilməsi məqsədilə Təhlükəsiz İdman Komissiyası yaradılıb.
News24.az xəbər verir ki, bu barədə MOK məlumat yayıb.
Bildiirlib ki, komissiyanın tərkibi müxtəlif sahələrdə təcrübəyə malik şəxslərdən formalaşıb:
Azər Əliyev – Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Təhlükəsiz İdman Komissiyanın sədri
Təhminə Tağı-zadə – Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru
Xəzər İsayev – Ədalətli Oyunlar Komissiyasının sədri
Fəridə Əzizova – Atletlər Komissiyasının sədri
Elgün Səfərov – Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri
Bu yeni təşəbbüs idmançıların rifahının qorunmasına, uşaqların və gənclərin təhlükəsiz mühitdə inkişafına, eləcə də idman dəyərlərinin möhkəmləndirilməsinə xidmət edəcəkdir.