Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq

Naxçıvanın bəzi ərazilərində içməli su olmayacaq Sosial

Naxçıvan şəhərinin bəzi ərazilərində içməli su olmayacaq.

News24.az, magistral xətdə baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar martın 18-də Naxçıvan şəhərinin bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq.

Fasilə S.Vurğun, N.Naxçıvani, H.Aslanov, Z.Əliyeva, Ə.Qəmküsar küçələrini, 10 və 11-ci küçələri, Atabəylər, Babək, Əlincə, Azərbaycan məhəllələrini, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələri əhatə edəcək.

Bununla yanaşı, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərində də su təchizatında müvəqqəti məhdudiyyətlər olacaq.

Təmir-bərpa işləri gün ərzində yekunlaşdıqdan sonra suyun əvvəlki rejimlə verilməsi bərpa olunacaq.