Nazirdən imtahanlarda sual hazırlayan mütəxəssislərə müraciət – VİDEO

Nazirdən imtahanlarda sual hazırlayan mütəxəssislərə müraciət – VİDEO Sosial

"Mənim şəxsi müşahidələrimin nəticəsidir ki, Azərbaycanda bir çox fənn mütəxəssisləri, istər dil, istər tarix sahəsində - biz bunu müəllimlərin işə qəbulu imtahanında da görürük - sualları yazarkən daha çox qarşısındakı adamı çaşdırmaq məqsədi daşıyır, nəinki onun biliyini ölçmək".

News24.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

"Bu, dəyişməlidir. Çünki "sual insanı çaşdırında düz cavab verirmi" məntiqindən "o nəyisə bacarırımı" funksiyasına malik olmalıdır. Bu daha çox qurumların yox, məhz Azərbaycan pedaqogikasında mövcud olan problemin dəyişməsidir. Bu, daha çox fənn mütəxəssislərinə olan müraciətdir", - deyə nazir qeyd edib. (Unikal)