İntensiv yağış və qar yağacaq – Xəbərdarlıq

İntensiv yağış və qar yağacaq – Xəbərdarlıq Sosial

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

News24.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.