Olimpiya Festivalında - 6 İIDMANÇIYA TƏCİLİ YARDIM ÇAĞIRILDI

Olimpiya Festivalında - 6 İIDMANÇIYA TƏCİLİ YARDIM ÇAĞIRILDI Sosial
Ötən gün “Olimpiya Gənclər Festivalı 2019” məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən 6 müraciət daxil olub.

Bu barədə News24.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər: “18 yaşlı türkiyəli basketbolçu qız sol diz oynağının travması ilə müraciət edib, onu təcili tibbi yardım briqadası Kiliniki Tibbi Mərkəzə çatdırıb. Yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır”.