Ötən yeddi ayda ölüm sayı açıqlandı

Ötən yeddi ayda ölüm sayı açıqlandı Sosial

Cari ilin yeddi ayı ərzində ölkədə 34994 ölüm halı qeydə alınıb.

News24.az  xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-iyul ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə qeyd olunub.

"2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici dəyişməyərək eyni səviyyədə (5,9) qalıb", - məcmuədə bildirilib.