Prezident İlham Əliyev Yaqub Mahmudovu “Əmək” ordeni ilə təltif etdi

Prezident İlham Əliyev Yaqub Mahmudovu “Əmək” ordeni ilə təltif etdi Sosial
Prezident İlham Əliyev Yaqub Mahmudovun “Əmək” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

News24.az-ın məlumatına görə, sərəncamla Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Yaqub Mikayıl oğlu Mahmudov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilir.

Qeyd edək ki, Yaqub Mahmudov AMEA-nın Tarix İnstitunun direktoru, Milli Məclisin deputatıdır. Sabah onun 80 yaşı tamam olur.