Prezident nazir müavininə xüsusi rütbə verdi - SƏRƏNCAM - FOTO

Prezident nazir müavininə xüsusi rütbə verdi - SƏRƏNCAM - FOTO Sosial
Vergilər nazirinin müavini Mətin Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.

News24.az xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası vergilər nazirinin müavini Mətin Balasən oğlu Eynullayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilsin”.