Ramazan ayının 17-ci günü: duası, imsak və iftar vaxtı
Sosial
Sabah Ramazan ayının 17-ci günüdür.
News24.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 7-də Bakıda imsak saat 05:40-da, iftar isə saat 18:53-dədir.
Ramazan ayının 17-ci gününün duası:
"Allahummə əhdini fihi lisalihil-ə-mal. Vəqzi li fihil-həvaicə vəl-amal. Ya mən la yəhtacu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin".
Tərcüməsi:
"İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Məhəmmədə və pak əhli-beytinə sənin salavatın olsun".
Allah orucunuzu qəbul etsin!