Ramazan ayının 29-cu günü: duası, imsak və iftar vaxtı
Sosial
Sabah Ramazan ayının iyirmi doqquzuncu günüdür.
News24.az xəbər verir ki, Ramazan təqviminə əsasən, martın 19-u Bakıda imsak vaxtı saat 05:20, iftar isə 19:06-ya təyin olunub.
Digər şəhər və rayonlar üçün Bakı vaxtına əlavə edilən dəqiqələr:
Ağdam-Bərdə-Füzuli-Oğuz-Qax-Mingəçevir-Yevlax +11, Ağdaş-Ağcabədi-Beyləqan +10, Ağstafa-Babək-Culfa +18, Astara-Salyan-Şirvan-Qusar-Şabran-Xaçmaz +4, Ağdərə-Balakən-Qubadlı-Xankəndi-Xocalı-Xocavənd-Şuşa +13, Cəlilabad-Saatlı-Sabirabad-Kürdəmir-Şamaxı-İsmayıllı +6, Gəncə-Göygöl-Laçın +14, İmişli-Lerik +7, Kəlbəcər-Daşkəsən-Şəmkir-Zaqatala-Zəngilan +15, Qazax +19, Qəbələ-Göyçay-Ucar-Yardımlı +8, Lənkəran-Masallı-Biləsuvar-Quba +5, Naxçıvan-Şahbuz-Şərur +18, Neftçala-Siyəzən-Qobustan +3, Sumqayıt +1, Şəki-Tərtər-Goranboy-Cəbrayıl +12, Tovuz-Gədəbəy-Ordubad +16, Zərdab +9
İftardan qabaq oxunan dua:
İlahi, Sənin üçün oruc tutdum. Verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et. Həqiqətən, Sən duaları eşidən və hər şeyi bilənsən. Ey geniş məğfirət sahibi, günahlarımı bağışla!
İyirmi doqquzuncu günün duası:
İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et. Bu gün mənə qüvvət və ismət nəsib et. Ürəyimi töhmət qaranlığından təmizlə. Ey mömin bəndələrinə rəhmli olan Allah!
Allah orucunuzu qəbul eləsin!