“Ramiz Mehdiyevin bankı" birincidir – Ən çox şikayət olunan banklar açıqlandı – SİYAHI
Sosial
Bu ilin fevral ayı üzrə Azərbaycanda barəsində ən çox şikayət edilən bankların siyahısı açıqlanıb.
News24.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatı yayılıb.
Məlumatda qeyd edilir ki, yuxarı şikayət indeksində "BTB” Bank 3,36 indeksi ilə birincidir. Qeyd edək ki, bu bank “Ramiz Mehdiyevin bankı” kimi də tanınır. 2010-cu ildə yaradılan bankın əsas səhmdarı Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva(74,99%) olub. Digər səhmlər isə 19,01% payla Müşahidə Şurasının sədri Rza Sadiq və 6% payla Tükəzban Mahmudovaya aid idi.
Daha sonra “EXSPRESS BANK” və “AFB BANK” gəlir.
"Unibank" orta şikayət indeksində 2,34 indeksi ilə, “Bank VTB Azərbaycan” isə aşağı şikayət indeksində 1,10 indeksi ilə siyahıda birincidir.
Ən çox şikayət olunan bankların siyahısı aşağıdakı kimidir: