Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq Sosial

Sabah Bakının Xəzər və Qaradağ rayonlarında təbii qazın verilişində fasilə yaranacaq.

Bu barədə News24.az-a Azərbaycan Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xəzər rayonunda aparılacaq təmir-quraşdırma işləri, Qaradağ rayonunda isə aşkar olunmuş qaz sızması aradan qaldırılacaq.

Bu məqsədlə aprelin 1-də saat 10:00-dan etibarən Sahil, Qala və Buzovna qəsəbələrinin bəzi hissələrinin, həmçinin Stansiya Qala yaşayış ərazisinin qaz təchizatı müvəqqəti dayandırılacaq.