Sabiq nazir deputatlığa namizəd oldu

Sabiq nazir deputatlığa namizəd oldu Sosial

Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb. Siyahıda bir sıra yeni isimlər də var.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, YAP-ın namizədliyini irəli sürdüyü şəxslər arasında sabiq nazir Heydər Əsədov da var.

Qeyd edək ki, Heydər Əsədov 3 aprel 2019-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsində işləyir. Bundan əvvəl o, Azərbaycan Respublikası Hesablama Palatasının ikinci sədri (2007–2013) və Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2013–2018) vəzifələrində çalışıb.