Sabiq nazir müavini vəfat etdi

Sabiq nazir müavini vəfat etdi Sosial

Daxili işlər nazirinin keçmiş müavini Baba Şıxpənah oğlu Rüstəmov vəfat edib.

News24.az xəbər verir ki, o, 5 mart 2026-cı ildə 88 yaşında vəfat edib.

Qeyd edək ki, Baba Şıxpənah oğlu Rüstəmov 1962-ci ildə Sumqayıt şəhərində daxili işlər orqanlarının istintaq şöbəsində əmək fəaliyyətinə başlayıb. Sonrakı illərdə Sumqayıt, Dəvəçi, Lənkəran, Xaçmaz şəhərlərində və Bakı şəhərinin Suraxanı rayonunda polis rəisi vəzifələrində çalışıb. Daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin rəisi, daxili işlər nazirinin müavini vəzifələrində fəaliyyət göstərib.

1994-cü ildən 2012-ci ilə qədər Azərbaycan Respublikası Baş Prokurorluğunun yanında Bakı şəhər prokurorluğunda istintaqa nəzarət şöbəsinin prokuroru vəzifəsində çalışıb, həmin vəzifədən təqaüdə çıxıb. (Nocomment.az)