"Saxta dəyərlərlə regionda sülhə töhfə vermək olmaz" - Vüqar Bayramov

"Saxta dəyərlərlə regionda sülhə töhfə vermək olmaz" - Vüqar Bayramov Sosial

"Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamədə yer alan müddəalar qərəzli olmaqla yanaşı, Cənubi Qafqazda formalaşmaqda olan sülhə təhdiddir".

News24.az xəbər verir ki, bunu Milli Məclisin dekabrın 19-da keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son qətnamə bir daha təsdiq edir ki, Avropa Parlamenti ikili standartlara və qərəzli açıqlamalara əsaslanan fəaliyyətini davam etdirir:

"Azərbaycan dövləti istənilən xarici təhdidlərə cavab vermək gücündədir. Bu güc, sadəcə, siyasi və iqtisadi potensial ilə məhdudlaşmır, həmçinin xalq-iqtidar birliyinin yaratdığı üstünlükdür. Avropa Parlamentinin qərəzli bəyanatları isə bu qurumun öz nüfuzuna xələl gətirməklə yanaşı, yenə də bəlli dairələr tərəfindən idarə olunduğunu göstərir. Saxta dəyərlər ilə regionda sülhə töhfə vermək olmaz. Digər tərəfdən, Avropa Parlamentinin son qərəzli qətnamələri nəinki Azərbaycan ilə Ermənistan arasında formalaşmaqda olan sülhə kölgə salır, həmçinin regionun inkişafında maraqlı olmadığını bir daha təsdiq edir".