Şifrələrinizi dəyişdirin!
Sosial
Kiber təhlükəsizlik mütəxəssisləri tarixin ən böyük məlumat sızıntılarından birini aşkarlayıb.
News24.az bildirir ki, Apple, Google, Facebook, Telegram və dövlət qurumlarına məxsus 16 milyarddan çox istifadəçi hesab məlumatları internetdə qısa müddətə əlçatan olub.
30 verilənlər bazasının birləşməsindən yaranan bu nəhəng kolleksiya əsasən zərərli proqramlar tərəfindən oğurlanıb. Ekspertlər xüsusilə iki faktorlu identifikasiya istifadə etməyən hesabların böyük risk altında olduğunu bildirir.
Sızıntıda Instagram, Netflix, PayPal, Microsoft və digər platformaların şifrələri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Çin, Avstraliya, Kanada, Hindistan, İsrail və Səudiyyə Ərəbistanı daxil olmaqla 29 ölkəyə aid dövlət e-poçtları da yer alıb.
Mütəxəssislər istifadəçilərə bütün hesab şifrələrini dərhal yeniləməyi və əlavə təhlükəsizlik tədbirləri görməyi tövsiyə edir.