Sinoptiklərdən hava şəraiti ilə bağlı xəbərdarlıq
Sosial
Aprelin 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək.
Bu barədə 24News.ge xəbər portalına Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, aprelin 26-dək ölkənin əksər ərazilərində arabir yağış yağacağı, şimşək çaxacağı, bəzi yerlərdə güclü qərb küləyinin əsəcəyi və dolu düşəcəyi gözlənilir.
Sinoptiklər gözlənilən yağıntılar səbəbi ilə Gürcüstan çaylarında suyun səviyyəsinin artacağını proqnozlaşdırırlar.