Sürücülərə xəbərdarlıq: mayın 6-da yollarda…

Sürücülərə xəbərdarlıq: mayın 6-da yollarda… Sosial

Sabah avtomobil yollarında gözlənilən vəziyyət açıqlanıb.

News24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 6-da rayonlarda yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq.

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşması ehtimalı var.

Belə ki, sabah magistral yollarda görünüş məsafəsinin dumana görə 300-800 metrədək məhdudlaşacağı gözlənilir.