Sulutəpədə 14 saatdır işıq kəsilib - ŞİKAYƏT

Sulutəpədə 14 saatdır işıq kəsilib - ŞİKAYƏT Sosial

Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində 14 saatdır, işıq yoxdur.

Bu barədə Oxu.Az-a vətəndaşlar müraciət ediblər.

Sakinlərin sözlərinə görə, aidiyyəti quruma müraciət etsələr də, problemin həlli istiqamətində addım atılmır.

Qeyd edək ki, məsələ ilə bağlı "Azərişıq" ASC-nin Mətbuat Xidmətinə sorğu ünvanlanıb.