Sumqayıtda qaz xətti zədələndi, mindən çox abonent qazsız qaldı
Sosial
Sumqayıt şəhərində qaz xəttinin zədələnməsi səbəbindən bir sıra abonentlərin qaz təchizatında fasilə yaranıb.
News24.az məlumat verir ki, hadisə şəhərin Maksim Qorki küçəsində qeydə alınıb.
Məlumata görə, diametri 108 millimetr olan yüksəktəzyiqli qaz xətti avtoqəza nəticəsində zədələnib. Bu səbəbdən ərazidə qaz təchizatı dayandırılıb. Nəticədə təxminən 1100 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Hazırda qəza baş verən ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən təmir-bərpa işləri aparılır. Qaz təchizatının qısa müddətdə bərpa olunacağı bildirilir.// Report