Uşağın doğulması ilə əlaqədar kişilərə məzuniyyət veriləcək

Uşağın doğulması ilə əlaqədar kişilərə məzuniyyət veriləcək Sosial

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 günlük ödənişli məzuniyyət veriləcək.

News24.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, uşağın doğulması ilə əlaqədar kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuşdan əvvəl və sonra cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Hazırda isə belə məzuniyyət yalnız işçilərin xahişi ilə və ödənişsiz təmin edilir.

Dəyişiklik gender bərabərliyinin təmin olunmasına xidmət edir və üçüncü oxunuşda qəbul edilib.