Uşaqlar üçün hansı onkoloji xidmətlər sığorta ilə qarşılanacaq? - RƏSMİ
Sosial
Uşaq və yeniyetmələrdə xərçəng xəstəliklərinin aşkarlanması, diaqnostik təsdiqi və mərhələsinin müəyyənləşdirilməsi məqsədilə laborator, instrumental, morfoloji, immunohistokimyəvi və digər zəruri müayinələr sığorta hesabına təmin ediləcək.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyindən bildirib.
Həmçinin beynəlxalq protokollara əsasən kimyaterapiya və digər dərman müalicəsi üsullarının, zəruri dəstəkləyici müalicənin və müvafiq cərrahi müdaxilələrin də icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulur.
Xidmətlərin konkret siyahısı və təminat şərtləri üzrə işlər hazırda davam etdirilir.