Vergi ödəyiciləri elektron kabinetlərindən yalnız elektron imza ilə istifadə edə biləcək- - VİDEO
Sosial
2024-cü il yanvarın 1-dən vergi ödəyicilərinin şəxsi elektron kabinetlərindən istifadə etmək imkanı yalnız gücləndirilmiş elektron imza vasitəsi ilə mümkün olacaq.
Bu barədə News24.az-a Dövlət Vergi Xidmətinin əməkdaşı Elçin Nəbiyev məlumat verib. O bildirib ki, bu səbəbdən vergi ödəyiciləri elektron kabinetlərindən istifadə etmək, “Əmək müqaviləsi Bildirişi”nin qeydiyyata almaq, elektron qaimə-faktura göndərmək, bəyannamə və hesabatların təqdim etmək, vergi orqanı tərəfindən göndərilən sənədlərlə tanış olmaq üçün gücləndirilmiş elektron imza vasitələrindən birini “Asan İmza” və ya "E-imza" əldə etməlidir.
Qeyd edək ki, gücləndirilmiş elektron imza vasitələrinin əldə edilməsi ilə bağlı asanimza.az saytından ətraflı məlumat almaq mümkündür.
Ayfər Nizaməddinqızı