Yeni il tətilində regionlara dəmir yolu ilə əlavə reyslər təyin edilib

Yeni il tətilində regionlara dəmir yolu ilə əlavə reyslər təyin edilib Sosial

Azərbaycan Dəmir Yolları” QSC (ADY) yeni il tətilində regionlara əlavə reyslər təyin edir.

ADY-dən “News24.az”a istinadla verilən məlumata görə, Bakı-Ağstafa-Bakı marşrutu üzrə 31 dekabr, 1, 2, 5 və 6 yanvar tarixlərində qatar Bakı Dəmiryol Vağzalından saat 07:50-də, Ağstafadan isə saat 16:30-da yola düşəcək. Bununla yanaşı, qatarlar ənənəvi qrafiklə də hərəkət edəcək. Əlavə tələbat yaranarsa, bu istiqamətdə yeni reyslərin təyin edilməsi planlaşdırılır.