Zərdabda erkən nikah ifşa olundu – Valideynlər və şadlıq sarayına - CƏRİMƏ

Zərdabda erkən nikah ifşa olundu – Valideynlər və şadlıq sarayına - CƏRİMƏ Sosial

Zərdab rayonunda erkən evliliyin qarşısı alınıb.

News24.az xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat yayıb. 

O bildirib ki, hadisə "Natiq" şadlıq sarayında qeydə alınıb. Məlumata görə, bəyin 32, gəlinin isə 17 yaşı olub. Bu barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumlar tərəfindən araşdırma aparılıb.

Teymur Mərdanoğlu qeyd edib ki, valideynlərlə söhbət zamanı onlara bu addımın qanunvericiliklə qadağan olunduğu izah edilib və məclisin keçirilməsi təxirə salınıb.

Bundan əlavə, hər iki tərəfin valideynləri 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimələnib.