-
- 30-01-2019, 12:43
- 1 284
Gilan Holding şirkətinə məxsus satış obyektində ölümcül döyülən vətəndaşa dövlət qurum rəhbərlərinin biganə yanaşması.. - FOTO - VİDEO
Ölkədə dövlət qurumlarının bir çoxu və eləcə də o qurumlarda çalışan məmurların sadə vətəndaşlara biganəliyi haqqında saysız-hesabsız yazılara rast gəlmişik. Yaxşı xatırlayırıq ki, ölkə başçısı cənab İlham Əliyev dəfələrlə konfranslarda yerli məmurların sadə vətəndaşları incitməməsi,onların şəxsiyyətinin aşağaılanmaması, həmçinin məmur övladının özbaşınalığına son veriilməsilə bağlı sərt çıxışlar edib.
Bəzi məmur övladları valideynin yüksək vəzifədə çalışmasından su-istifadə edərək istədiklərini edirlər. Bununla bağlı da bir çox xəbərlərə rast gəlmişik. İbrahimov Abbas adlı şəxs 10 illik işlədiyi şirkətdən az qala həyatı bahasına uzaqlaşdırılıb. Gilan holdinqə məxsus olan “Evimiz” marketdə çalışan Abbas bəy başından küt alətlə vurularaq ağır yaralanır. Ona zərbə endirən şəxs isə Kamalov Müşfiq Oqtayoğlu olmuşdur.
Qeyd edək ki, Kamalov Müşfiqin atası Oqtay adlı şəxs Beyləqan rayonunda keçmiş prokuror imiş və şikayətçi qeyd edir ki, həmin Oqtay bəy rüşvət üstündə vəzifəsindən uzaqlaşdırılmış, həmçinin həbsə də atılmışdır. Həmin Müşfiq adlı şəxs şirkətə satış məsləhətçisi kimi təyin olunub. Hadisəylə bağlı zərərçəkən müvafiq orqanlara şikayət etsə də 2 ildir heç bir nəticə əldə olunmayıb. Daxili İşlər Nazirliyində cənab Ramin Usubovun, prezident aparında Fuad Ələsgərovun köməkçisinin, Fövqəladə Hallar Nazirliyində birinci müavin Valeh Abdullayevin qəbulunda olan vətəndaşın şikayəti iki ildir ki, həll olunmadan qalıb. Məsələnin maraqlı tərəfi budur ki, ağır vəziyyətdə “City Hospitala” yerləşdirilən zərərçəkənə başağrısı diaqnozu qoyulub. Halbuki şikayətçi redaksiyamıza aldığı yaraların şəkillərini belə gətirib.
Sual olunur ki, ölümcül şəkildə hospitala yerləşdirilən zərərçəkənə niyə bu diaqnoz qoyulub? Burada kimlərin şəxsi maraqları rol oynayır? Hətta hospitaldan 102 xidmətinə belə hadisəylə bağlı məlumat verilməyib. Bu isə hər şeyin sifarişli şəkildə baş verdiyinin göstəricisidir. Sonradan Gilan holdinqə sənədlərini aparan Abbas bəyin məvacibini hesablayıb 2500 manat olduğunu bildiriblər. Ardıyca da onun əmək kitabçasını alıb özlərində saxlayıblar.
Hər həftə məsələnin nə yerdə olduğuyla maraqlanan zərərçəkənə bəhanələrlə cavab veriblər. Sonda marketin addelkadrı Xəqani Ələkbərov adlı şəxs onun əmək kitabçasını özünə qaytararaq məsələnin həllinin alınmadığını deyib. Üstəlik şikayətçi qeyd edir ki, onun əmək kitabçasını zədələyib 10 il əvəzinə 2 il çalışdığını qeyd ediblər. Belə çıxır ki, bu adamın yerdə qalan 8 illik əziyyəti havaya uçdu. Bu artıq insanın əzilməsi, məhv olması kimi bir şeydi. Bizim redaksiyamız vasitəsilə ölkə başçısı cənab İlham Əliyevə səslənən şikayətçi məhkəmənin də haqlı qərar çıxarmadığını və sifarişli şəkildə həyata keçirildiyini deyib. O, prezidentə “burada insanların haqqı taptalanır” deyə fəryad edib.
Ali qurumların bu cür münasibəti yerli sadə vətənsdaşların birbaşa dövlətə qarşı aqressiyasına səbəb olur. Bu isə antimilli qüvvələr üçün əla silahdır. Hər hansı bir dövlətə qarşı üsyan qalxsa bu cür davranışlardan sonra qalxacaq. Odur ki, indidən belə neqativ halların qarşısını almaq lazımdır ki, dövlətimiz təhlükədən uzaq olsun.
Qarşı tərəfi dinləyib mövqeyin dərc etməyə hazırıq:
//DogruxeberAz