Hulusi Akar Azərbaycandan gələn tibb personalı ilə görüşdü
    • 26-02-2023, 13:49
    • 160

Hulusi Akar Azərbaycandan gələn tibb personalı ilə görüşdü

Türkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələ bölgəsində Azərbaycandan gələn tibb personalı ilə görüşüb.

News24.az TRT Haber-ə istinadən xəbər verir ki, Akar Azərbaycandan gələn 12 həkim və 8 tibb bacısı ilə görüşüb.

O, zəlzələnin təsirlərinin aradan qaldırılması üçün Türkiyəyə gedən hərbi həkimlər və tibb bacılarına təşəkkür edib: “Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində necə tək yumruq, tək ürək olduqsa, indi də fərqli mübarizəni eyni formada davam etdiririk. Biz kədərdə də, sevincdə də birlikdəyik. Sağ olun, var olun. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı”, - nazir hərbçilərlə görüşdə bildirib.