"Covid-19" hesabatı deşifrə edildi! Məxfi sənəd Baydendə
    • 27-02-2023, 09:45
    • 125

"Covid-19" hesabatı deşifrə edildi! Məxfi sənəd Baydendə

İllərdir koronavirusla mübarizə aparan dünya ABŞ-dan gələn xəbərlə sarsılıb.

News24.az
xəbər verir ki, yeni kəşfiyyat nəticələrini araşdıran ABŞ Energetika Nazirliyi koronavirusun mənşəyi ilə bağlı gözlənilməz nəticəni ortaya çıxarıb.

ABŞ kəşfiyyatının virusun sıfır nöqtəsi olan Çinlə bağlı hesabatı gündəmə bomba kimi düşüb. 

"Wall Street Journal" "Energetika Nazirliyi "COVİD-19" pandemiyasının çox güman ki, laboratoriya sızmasından qaynaqlandığını söyləyir" başlıqlı xəbəri yayıb. 

Sözügedən kəşfiyyat məlumatı bu yaxınlarda Ağ Evə və Konqresin əsas üzvlərinə də təqdim edilib. Nazirlik, FTB-nin oxşar hesabatı ilə eyni nəticəyə gəlib və virusun çox güman ki, Uhandakı bir laboratoriyadan qaynaqlandığını söyləyib.

Kəşfiyyat heyvan mənşəli nəzəriyyəni rədd edir və virusun sızmasının çox güman ki, təsadüfi olduğunu deyir.

Mövzu ilə bağlı hesabatın qarşıdakı dövrdə dərc olunması gözlənilir. /CNN Türk/

Teymur MƏMMƏDOV