ÜST koronavirusun yayılma ehtimalını AÇIQLADI
    • 29-03-2021, 12:01
    • 420

ÜST koronavirusun yayılma ehtimalını AÇIQLADI

Koronavirusun yarasadan başqa bir heyvana və ondan da insana yoluxması ehtimalı yüksəkdir.

News24.az xəbər verir ki, "Associated Press" Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Çinin birgə araşdırması layihəsinə istinad edərək məlumat yayıb. 

Agentlik hesabatın son versiyasını Cenevrədə ÜST-ə üzv ölkələrindən diplomatından aldığını qeyd edib.

Tədqiqatçılar koronavirusun ortaya çıxması ilə bağlı dörd ssenari hazırlayıblar. Virusun ikinci heyvana yoluxma ehtimalının yüksək olduğu qənaətinə gəliblər.

Virusun yarasalardan insanlara birbaşa yoluxması ehtimalı ssenari kimi qiymətləndirilib. Mütəxəssislərin fikrincə koronavirusun qida yolu ilə yayılması mümkündür, lakin bunun ehtimalı azdır.