500-dən çox UNO müşahidə edildi
    • 13-01-2023, 09:43
    • 145

500-dən çox UNO müşahidə edildi

ABŞ-da 500-dən çox uçan naməlum obyekt müşahidə edilib.

News24.az xəbər verir ki, bu barədə ölkənin Milli Kəşfiyyat İdarəsi tərəfindən dərc edilmiş hesabatda yer alıb. 

Pentaqonun sözçüsü Patrik Rider ABŞ-ın uçan naməlum obyektlərin müşahidələri ilə bağlı hər hesabatı ciddi qəbul etdiyini və diqqətlə araşdırdığını söyləyib.

Milli Kəşfiyyat İdarəsi UNO-ları ən çox Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin pilotlarının gördüyünü bildirib.

Eyni zamanda Amerika hərbi təyyarəsi ilə UNO-nun toqquşmasının heç vaxt qeydə almadığı vurğulanıb. //Ren.tv

Teymur MƏMMƏDOV