DYP dumanlı hava ilə bağlı müraciət etdi
    • 27-02-2023, 11:04
    • 127

DYP dumanlı hava ilə bağlı müraciət etdi

Bakı şəhər Dövlət Yol Polis İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli News24.az -a bildirib ki, dumanlı hava şəraiti ilə bağlı sürücülər ara məsafəsinə, sürət həddinə diqqət yetirməlidir:

O, dumanlı havada görmə məsafəsinin aşağı düşdüyünü vurğulayıb: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsində meteoroloji vəziyyət dəyişdikdə sürücülərin nələrə diqqət yetirməli olduqları məhz bu məsələlərdə xüsusi olaraq göstərilib. Sürücülərdən yollarda piyadalara qarşı diqqətli olmağı və duman əleyhinə olan işıqlardan təyinatı üzrə istifadə etməyi xahiş edirik!”