Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi
    • 27-02-2023, 11:02
    • 136

Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşları ilə münaqişə yaradan iki qardaş həbs edilib.

News24.az xəbər verir ki, hadisə fevralın 22-si baş verib.

Şərurun Dizə kənd sakini olan Mahir Abdulov həmin gün müalicə almaq üçün xəstəxanaya gedib. Daha sonra o, oğlu Kənanı qida məhsulları alması üçün mağazaya göndərib. Sürücülük vəsiqəsi olmayan oğlan atasına məxsus “VAZ” markalı avtomobili idarə edərək xəstəxanadan çıxıb və yolda yol polisi əməkdaşları onu saxlayıb. Polislər qanunun tələbinə uyğun olaraq avtomobili cərimə meydançasına aparıblar. Bundan sonra Kənanın atası və xəstəxanada olan əmisi Azadi onun polis şöbəsinə aparılmasını və maşının cərimə meydançasına salınmasını öyrənərək oraya gediblər. Bu zaman polislərlə onların arasında münaqişə baş verib. Nəticədə hər iki şəxs saxlanılıb və barələrində inzibati protokol tərtib edilib.

Şərur Rayon Məhkəməsinin qərarı ilə 1983-cü il təvəllüdlü Mahir Abdulov və qardaşı Azadinin hər birinə 8 sutka inzibati həbs cəzası verilib.