-
- 14-02-2023, 17:39
- 288
Şərurda narkotikə görə 3 nəfər tutulub
Polis orqanları tərəfindən Naxçıvan Muxtar Respublika ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə tədbirlər davam etdirilir.
News24.az xəbər verir ki, bu kimi tədbirlərin davamı olaraq Şərur RPİ-nin əməkdaşları narkotik vasitələrin və pisxotrop maddələrin satışında və istifadəsində şübhəli bilinən 3 nəfər Şərur rayon sakini müəyyənləşdirərək saxlanılıb və onlar barəsində toplanmış materiallar məhkəməyə göndərilib.
Şərur rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə müvafiq olaraq, 1994-cü il təvəllüdlü Oğlanqala kənd sakini Əyyub Abdullayevə 30 gün, 1991-ci il təvəllüdlü Comaxtur kənd sakini Rasif Əliyevə 30 gün və 1994-cü il təvəllüdlü Qarxun kənd sakini Əli Məmiyevə isə 25 gün müddətində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.